Bank Of Baku

Avstriyanın «Befa» şirkəti Azərbaycanda kimya məhsulları bazarına maraq göstərir

Avstriyanın «Befa» şirkəti Azərbaycanda kimya məhsulları bazarına maraq göstərir
# 16 avqust 2012 14:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avstriyanın «Befa» şirkəti kimya məhsullarının Azərbaycanda istehsalını qurmaq istəyən yerli şirkətlərə öz xidmətlərini təklif edir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, şirkət müxtəlif təyinatlı 23 növə qədər toz və 150 növdən çox maye şəklində yuyucu və kosmetik vasitələr istehsalı üzrə zavodların layihələndirilməsi, tikintisi və idarə edilməsi üzrə ixtisaslaşıb. «Befa» yuyucu və kosmetik məhsullar istehsal edən dünyanın məşhur «Henkel» şirkəti ilə sıx əməkdaşlıq edir. «Befa» şirkəti qeyd olunmuş məhsulların Azərbaycanda istehsalını qurmaq istəyən yerli şirkətlərə öz xidmətlərini təklif edir.

Eyni zamanda, şirkət bir sıra ölkədə artıq öz fəaliyyətini dayandırmış neft emalı zavodlarının və müvafiq kimya məhsullarının istehsalı üçün nəzərdə tutulmuş işlənmiş avadanlıqların satışı üzrə təkliflər də təqdim edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR