Bank Of Baku

«Azərikimya»nın müəssisələrində yeni avadanlıqlar quraşdırılıb

«Azərikimya»nın müəssisələrində yeni avadanlıqlar quraşdırılıb
# 17 avqust 2012 16:15 (UTC +04:00)
Bakı – APA-Economics. ARDNŞ-in «Azərikimya» İB-nin «Polimir-120» kompleksi¬ndə 25 ildən artıq istismarda olmuş 6 kV-luq yağ aça¬rı müa¬sir tipli vakuum açarı ilə əvəz edilib. Bu barədə «APA-Economics»ə İB-dən məlumat verilib.

«Birliyin əsas müəssisəsi olan Etilen-Polietilen Zavodunun elektrik şəbəkəsində vakuum tipli açarların tətbiqi əvvəllər - yağ açarlarından istifadə olunduğu dövrlərdə onların vaxtaşırı sıra¬dan çıxması, vurulub-açılması üzündən baş verən boşdayanmaların, bu səbəbdən isə yol verilən məhsul itkisinin qarşısının maksimum alınmasında, texnoloji avadanlıqların fasilə¬siz istismarının təmin olunmasında mühüm rol oynayacaq», - deyə məlumatda bildirilir.

Bundan başqa, «Azərikimya» İB-in Mexaniki-Təmir Zavodunun texniki parkı kompüter sistemi üzrə idarə olunan çoxtərtibli unikal emal dəzgahı ilə təmin edilib. Kiçik və iriqabaritli metal hissələrin mexaniki emalı sahəsində yeni nəsil nümunəsi olan «Laqun» emal dəzgahı həm də bir neçə funksiyalıdır. Yeni dəzgah yonma, frezləmə və deşmə əməliyyatlarını mikron dəqiqliyi ilə yerinə yetirməsi, bu zaman yüksək təmizliyə nail olması ilə yanaşı həm də vaxta qənaət baxımından olduqca əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR