Bank Of Baku

«Azərikimya»nın Etilen-Polietilen Zavodunda yeni susoyutma qurğusu istismara veriləcək - FOTO

«Azərikimya»nın Etilen-Polietilen Zavodunda yeni susoyutma qurğusu istismara veriləcək - <font color=red>FOTO</font>
# 22 avqust 2012 15:29 (UTC +04:00)
Bakı – APA-Economics. ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunun «EP-300» istehsalatı üçün tikintisinə başlanılmış yeni, müasir tipli susoyutma kompleksində inşa işləri mühüm mərhələyə qədəm qoyub.

İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, burada 1 600 kv. metrdən çox sahəyə malik susoyutma hovuzunda tamamlama işləri artıq başa çatmaqdadır, suvarma və ventilyasiya qurğularının, diffuzor sisteminin və xidmət meydançalarının quraşdırılması ilə bağlı işlər isə intensiv xarakter alıb.

«Müasir tələblərə cavab verən yeni və daha effektli susoyutma kompleksinin tikintisi Dövlət Neft Şirkətinin rəhbərliyinin tapşırığı ilə, müəssisənin 25 ilə yaxın istismarda olan mövcud susoyutma kompleksinin bu günün artmaqda olan istehsalat tələblərinə tam cavab vermədiyi nəzərə alınaraq həyata keçirilir», - deyə «Azərkimya»dan bildirilib.

İcraçı təşkilat ARDNŞ-ın «Neftqaztikinti» Tresti tərəfindən inşa edilən yeni susoyutma kompleksi 6 bölmədən – ventilyasiya, suvarma, suyun filtrlə təmizlənməsi, ingibitor bölmələrindən, nasosxana və tutumu 3 min ton olan susoyutma hovuzundan ibarət olacaq. Yeni qurğu bir saat ərzində 21 min kubmetr həcmdə suyun soyudulmasını təmin edəcək.

Əsasən müəssisənin etilen istehsalatına xidmət etməsi nəzərdə tutulan yeni susoyutma qurğusunda gələcəkdə onun istismarı zamanı problemlərin yaranmaması, hovuz daxilində quraşdırılacaq avadanlıqların korroziyaya uğramaması məqsədilə həmin hissəyə daxil olan konstruksiyalar və bərkidici qovşaqlar paslanmayan metaldan və FRP tipli bərk, davamlı plastik materiallardan hazırlanıb. Dövri istehsalat suları isə çəkilişi bu günlərdə yerli – Sumqayıt istehsalı olan kompozit borular vasitəsilə davam etdirilən texnoloji xətt üzrə nəql olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR