Azərbaycanın magistral neft kəmərləri ilə nəqletmə azalıb
24 avqust 2012 14:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 26,2 mln. ton neft nəql edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6,1% azdır.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 76,7%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-iyul ayları ərzində bu kəmər vasitəsilə 20,1 mln. ton neft ötürülüb. Bu isə ötən ilin ilk yeddi ayı ilə müqayisədə 5,2% azdır. Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 1 832,5 min ton tranzit Türkmənistan nefti nəql edilib ki, bu da ötən ildəkindən 38,5% çoxdur.
Bununla yanaşı, hesabat dövründə Azərbaycanın magistral qaz kəmərləri ilə 11,6 mlrd. kubmetr və ya ötən ilə nisbətən 3,5% çox qaz nəql edilib. Nəql edilmiş qazın 21,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmər vasitəsilə 2,5 mlrd. kubmetr qaz ötürülüb. Bu isə ötən ilin yanvar-iyul aylarına nisbətən 7,4% azdır.

Sənaye və energetika
Elnur Soltanov: Özəl sektor bahalı olduğuna görə yaşıl metodları dəstəkləmir
12:17
17 may 2024
Azərbaycan neftinin qiyməti 84 dolları ötüb
09:34
17 may 2024
Azərbaycan 19 ölkəyə 4.3 mlrd. dollarlıq neft ixrac edib - Siyahı
16:16
16 may 2024
Azərbaycanda əmtəəlik neftin hasilatı azalıb, qaz isə artıb
13:36
16 may 2024