Bank Of Baku

Azərbaycanda sənaye mal ehtiyatları indeksi artıb

Azərbaycanda sənaye mal ehtiyatları indeksi artıb
# 27 avqust 2012 13:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalında mal ehtiyatları indeksi 2012-ci il avqustun 1-nə mənfi 2,9% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks iyulun əvvəlində mənfi 10,1%-ə bərabər olub.

Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında qalan hazır məhsul ehtiyatlarının ay ərzində dinamikasını əks etdirir. İndeksin mənfi olması anbarlarda mal ehtiyatlarının azalmasını göstərir.

Qeyd edək ki, Azərbaycanda 2012-ci il avqustun 1-nə sənaye müəssisələrinin anbarlarında 261,9 mln. manat həcmində hazır məhsul ehtiyatı olub, bu isə cari ilin iyulun 1-nə nisbətən 7,8 mln. manat azdır.

Sənaye mal ehtiyatlarının azalması ilk növbədə sənaye istehsalının azalması ilə bağlı olur, lakin bu dəfə bunun səbəbi fərqlidir. Belə ki, may ayında sənaye sahəsində məhsul istehsalının həcmi 2,749 mlrd. manata, aprel ayında isə 2,536 mlrd. manata bərabər olub. Beləliklə, mal ehtiyatlarının azalması məhsul istehsalının azalması ilə deyil, istehsalçılara mal təchizatının artması ilə bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR