IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə olan və faizlə ifadə olunan nisbətidir. Belə ki, indeks iyul ayında istehsal edilmiş məhsulun dəyəri (2,918 mlrd. manat) iyun ayında istehsal edilmiş məhsulun dəyərinə (2,536 mlrd. manat) bölünməklə hesablanıb. İndeksin hesablama metodologiyasına əsasən, onun 100%-dən yuxarı olması iyulda sənaye istehsalında artımı əks etdirir. Qeyd edək ki, iyunda indeksin 100%-dən aşağı olması sənaye istehsalında aylıq müqayisədə azalmanı göstərirdi.