Bank Of Baku

ARDNŞ rəhbərliyi «Hitachi» şirkətinin nümayəndələrini qəbul edib

ARDNŞ rəhbərliyi «Hitachi» şirkətinin nümayəndələrini qəbul edib
# 27 avqust 2012 15:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Azərbaycan Dövlət
Neft Şirkətində (ARDNŞ) «Sumitomo Corporation Eurasia» şirkətinin tərəfdaşı olan «Hitachi Plant Technologies» şirkətinin nümayəndələri ilə görüş keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə Dövlət Neft Şirkətinin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə və şirkətin müvafiq strukturlarının mütəxəssisləri iştirak ediblər.

Görüş «Hitachi» şirkətinin sutəmizləyici sistemləri, nasos və kompressor avadanlıqları sahəsində yeni texnologiyalarının tətbiqi barəsində ətraflı məlumatların təqdim edilməsi məqsədi ilə keçirilib.

Tədbirdə «Hitachi» və ARDNŞ mütəxəssisləri tərəfindən istehsalat zamanı formalaşan suların təmizlənərək tam utilizasiyası məsələsinin hazırda böyük aktuallıq kəsb etdiyi qeyd olunub və bu məsələ ətrafında müzakirə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR