Bank Of Baku

Kimyaçıların yay istirahətinə xüsusi diqqət yetirilir

Kimyaçıların yay istirahətinə xüsusi diqqət yetirilir
# 30 avqust 2012 15:14 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərikimya” İstehsalat Birliyində işçilərin sağlamlığının qorunması, əmək və məişət şəraitinin yaxşılaşdırılması, istirahətinin təşkili məsələləri diqqət mərkəzində saxlanılır.

İB-dən «APA-Economics»ə verilən məlumata görə, bu il yay mövsümünün əvvəlindən etibarən Birliyin Həmkarlar İttifaqının yollayışları əsasında 400 nəfərdən artıq kimyaçı və onların ailə üzvləri ölkənin İsmayıllı, Lerik, Balakən, Quba, Qusar və Xaçmazın istirahət mərkəzlərində dincəliblər.

«ARDNŞ-ın müvafiq strukturları tərəfindən kimyaçıların istirahət zonalarına gedişi, onların istirahətinin mənalı təşkili, sağlamlıqlarının möhkəmləndirilməsi, məişət-iaşə xidmətinin və digər məsələlərin yüksək səviyyədə qurulması əməkçilərin iş yerlərinə yeni qüvvə və enerji, nikbin bir ovqatla qayıtmalarına səbəb olub» - deyə məlumatda bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR