Bank Of Baku

ARDNŞ-də Avropa Parlamentinin nümayəndələri ilə görüş keçirilib

ARDNŞ-də Avropa Parlamentinin nümayəndələri ilə görüş keçirilib
# 01 sentyabr 2012 08:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın Dövlət Neft Şirkətinin rəhbərliyi ilə Avropa Parlamentinin Azərbaycanda səfərdə olan üzvləri arasında görüş keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, şirkətin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Azərbaycanla Avropa Birliyi arasında yüksək səviyyəli dostluq və əməkdaşlıq münasibətləri qurulduğunu bildirib və bu münasibətlərin daha da genişlənəcəyinə əminliyini qeyd edib.

E. Nəsirov son illər ölkədə həyata keçirilən qlobal və regional əhəmiyyət daşıyan neft-qaz layihələri barədə ətraflı məlumat verərək həmin layihələr çərçivəsində əldə olunmuş nailiyyətlərdən, xüsusilə, Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın önəmli rol oynanmasından söz açıb.

Slovakiyadan olan deputat Boris Zala isə öz növbəsində Avropa İttifaqı ilə Azərbaycan arasında faydalı əməkdaşlıq münasibətlərinin yaradılmasını böyük nailiyyət kimi yüksək qiymətləndirib. Avropalı parlamentarilər Azərbaycan, onun inkişafda olan iqtisadiyyatı barədə məlumatlardan gələcək fəaliyyətlərində yaralanacaqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR