Bank Of Baku

Brüsseldə EURONEST çərçivəsində enerji əməkdaşlığına dair seminar keçiriləcək

Brüsseldə EURONEST çərçivəsində enerji əməkdaşlığına dair seminar keçiriləcək
# 03 sentyabr 2012 13:06 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA-Economics. Sentyabrın 19-da brüsseldə Avropa Parlamentinin mənzil-qərargahında “Avropa Birliyinin enerji təhlükəsizliyi sahəsində “Şərq Tərəfdaşlığı” ölkələri ilə əməkdaşlığı: nailiyyətlər, maneələr və perspektivlər” mövzusunda seminar keçiriləcək.

APA-Economics”in xəbərinə görə, EURONEST-in Katibliyi tərəfindən təşkil olunan seminarın məqsədi “Şərq Tərəfdaşlığı” çərçivəsində enerji sektorundakı təşəbbüslərə dair fikir mübadiləsi aparmaq imkanıdır.

Seminar iştirakçıları yüksək səviyyəli ekspertlərlə sənaye, elm və dövlət sektorlarında əsas məsələləri, Avropa Birliyinin INOGATE energetik proqramının nailiyyətlərini müzakirə edəcəklər.

Qeyd edək ki, EURONEST Parlament Assambleyası 2011-ci ilin may ayında yaradılıb. Azərbaycanın da təmsil olunduğu bu parlament forumu Avropa Birliyi və “Şərq Tərəfdaşlığı” ölkələri arasında siyasi assosiasiya və iqtisadi inteqrasiyanın dərinləşdirilməsini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR