Bank Of Baku

Azərbaycan avtomobil benzininin ixracını azaldıb

Azərbaycan avtomobil benzininin ixracını azaldıb
# 04 sentyabr 2012 14:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin avqust ayında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 6 383 ton avtomobil benzini, 73 688 ton dizel yanacağı və 7 558 ton təyyarə yanacağı ixrac edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, cari ilin iyul ayı ilə müqayisədə avtomobil benzinin ixracı 2,7 dəfə artıb, dizel yanacağının 22,3%, təyyarə yanacağının isə 2,5 dəfə azalıb.

Ümumilikdə, 2012-ci ilin yanvar-avqust ayları ərzində 49 491 ton avtomobil benzini, 625 189 ton dizel yanacağı və 78 357 ton təyyarə yanacağı ixrac edilib. Bu isə ötən ilin ilk səkkiz ayına nisbətən 25,4% və 23,4% az və 51,1% çoxdur.

Azərbaycanda illik müqayisədə avtomobil benzinin ixracının azalması əsas etibarı ilə ölkədaxili istehlakın artması ilə əlaqədardır.

Qeyd edək ki, 2012-ci ilin avqust ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 1 086,77 ABŞ dolları, təyyarə yanacağının 1 029,49 dollar, dizel yanacağının 956,30 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 685,44 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR