Bank Of Baku

ARDNŞ-ın məhsulları dünyanın 30-dan artıq ölkəsinə ixrac edilir

ARDNŞ-ın məhsulları dünyanın 30-dan artıq ölkəsinə ixrac edilir
# 06 sentyabr 2012 10:02 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) yaxın vaxtlarda Almaniyanın «RWE» şirkəti ilə «Naxçıvan», BP şirkəti ilə «Şəfəq-Asiman» perspektiv strukturlarında kəşfiyyat işlərinə başlayacaq.

«APA-Economics»in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən “Neft-qazçıxarmada yeni texnologiyalar” II Beynəlxalq elmi-təcrübi konfransında bildirib.

Onun sözlərinə görə, hazırda «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun dərinlikdə yerləşən qaz ehtiyatlarının işlənməsi məsələsinə baxılır. ARDNŞ-ın öz qüvvələri hesabına 2010-cu ildə kəşf olunan «Ümid» yatağında qazılmış ikinci quyunun hasilat üçün hazırlanması işləri də başa çatmaqdadır: “Paralel olaraq «Ümid» platformasını ölkənin qaz kəmərləri sistemi ilə birləşdirmək məqsədilə yeni kəmər çəkilir. Yatağın çıxarıla bilən ehtiyatları 200 mlrd. kubmetr qaz, 40 mln. ton kondensat həcmində qiymətləndirilir. Hesab edirik ki, «Babək» strukturunun ehtiyatları bundan iki dəfə artıqdır. Həmçinin «Zəfər», «Məşəl» strukturlarında da bizi böyük perspektivlər gözləyir».

R.Abdullayev qeyd edib ki, 2011-ci ildə Fransanın «Total» və «Gaz de Franse» şirkətləri ilə «Abşeron» perspektiv strukturunda aparılmış axtarış-qazma işləri yatağın açılması ilə nəticələnib. Yatağın ehtiyatları, ilkin qiymətləndirmələrə görə, 340 mlrd. kubmetr qaz, 45 mln. ton neft təşkil edir. Hazırda ARDNŞ-ın xam neft və neft məhsulları müxtəlif marşrutlarla ABŞ, Çin, İngiltərə, Almaniya, Fransa, İtaliya və İspaniya da daxil olmaqla dünyanın 30-dan artıq ölkəsinə ixrac edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR