Bank Of Baku

Rövnəq Abdullayev: «ARDNŞ-da ixtisarlar yox, islahatlar gedir»

Rövnəq Abdullayev: «ARDNŞ-da ixtisarlar yox, islahatlar gedir»
# 06 sentyabr 2012 13:48 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətində ixtisarlar yox, islahatlar gedir. «APA-Economics»in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkətdə işçilərin ixtisarı ilə bağlı suala cavab verərkən bildirib.

Onun sözlərinə görə, artıq bir neçə ildir ki, şirkətdə islahatlar aparılır: «ARDNŞ vaxtilə sovet idarəetmə prinsipi ilə qurulmuşdu, indi biz onu modernləşdiririk və strukturunu beynəlxalq neft şirkətlərinin quruluşuna yaxınlaşdırırıq. Buna görə də şirkətdə ixtisar yox, modernizasiya işləri aparılır».

R.Abdullayev bildirib ki, bu işlər çərçivəsində müəyyən sahələrdə işlər azaldılıb və ya ümumiyyətlə, dayandırılıb: “Ona görə də həmin sahədə çalışanların ARDNŞ-in başqa strukturlarına keçirilməsi işləri aparılır. Bu məqsədlə şirkətin nəzdində təlim mərkəzləri yaradılıb. Bakıda və Sumqayıtda yüksək səviyyəli təlim mərkəzlərimiz var ki, mütəxəssislər işçilərə yeni ixtisas öyrədirlər. İşçilər istədikləri ixtisası seçə bilərlər. Onlara bir ay təlim keçildikdən sonra işlə təmin olunurlar. Bu normal bir haldır».

ARDNŞ prezidenti bu prosesin 6 il əvvəl başlandığını və bundan sonra da davam edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR