Bank Of Baku

Türkmənistan İran vasitəsilə Ermənistana elektrik enerjisi nəql edəcək

Türkmənistan İran vasitəsilə Ermənistana elektrik enerjisi nəql edəcək
# 06 sentyabr 2012 14:29 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. Türkmənistan Ermənistana elektrik enerjisini İranın enerji sistemləri vasitəsilə nəql edəcək.

APA-Economics”in Ermənistan mətbuatına istinadən xəbərinə görə, bu barədə Türkmənistan baş nazirinin müavini Sapardurdı Toyliev Ermənistan-Türkmənistan Hökumətlərarası Komissiyasının İrəvanda keçirilən IV iclasında bildirib.

Onun sözlərinə görə, elektrik enerjisinin nəqli üçün “Türkmənenerji” ilə Türkmənistanın Sənaye və Energetika Nazirliyi arasında müvafiq saziş imzalanıb.

Hökumətlərarası Komissiyanın IV iclasında iqtisadiyyatın müxtəlif sahələrinə dair məsələlər müzakirə olunub. Iclasın yekunlarına əsasən birgə protokol imzalanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR