Bank Of Baku

Rusiya prezidentinin mətbuat katibi: Rəsmi Moskva Avropa Komissiyasının “Qazprom”la bağlı apardığı araşdırmalara sərt cavab verməyəcək

Rusiya prezidentinin mətbuat katibi: Rəsmi Moskva Avropa Komissiyasının “Qazprom”la bağlı apardığı araşdırmalara sərt cavab verməyəcək
# 07 sentyabr 2012 14:32 (UTC +04:00)
Moskva. Fərid Əkbərov - APA. Rəsmi Moskva Avropa Komissiyasının Rusiyanın enerji nəhəngi “Qazprom”la bağlı apardığı araşdırmalara cavab verməyəcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Avropa ilə “qaz müharibəsi” olmayacaq və Rusiya hökuməti əmin edir ki, “Qazprom” Avropa Komissiyasının anti-inhisarla bağlı araşdırmalarına Avropaya qaz nəqlinin həcminin azaldılması ilə cavab verməyəcək: “Qazprom” Avropa Birliyi ölkələrinə qaz nəqlinin həcmini azaltmayacaq. Baxmayaraq ki, Avropa Komissiyası “Qazprom”la bağlı araşdırmalara başlayıb. Burada Rusiya tərəfinin cavab tədbirindən söhbət getmir. “Qazprom” on illərdir ki, Avropanın enerji təhlükəsizliyinin qarantı kimi öz reputasiyasını qoruyub saxlaya bilib”.

Qeyd edək ki, sentyabrın 4-də Avropa Komissiyası “Qazprom”la bağlı bəyanat yayıb. Bəyanatda komissiya “Qazprom”un dominant bazar mövqeyindən sui-istifadə etməsindən narahat olduğunu bildirib. Komissiya eyni zamanda qazın Avropa Birliyi üzvü olan ölkələrdə sərbəst axının məhdudlaşdırılması, təchizatın müxtəlifliyinin qarşısının alınması və qaza ədalətsiz qiymət qoyulması məsələsini araşdıracağını bildirib. “Qazprom”la bağlı iddialar təsdiq olunarsa, şirkətin hərəkətləri rəqabətin məhdudlaşdırılmasına, qiymətlərin artırılmasına və təchizatın təhlükəsizliyinin pozulmasına səbəb ola bilər. Bu isə Avropa Birliyi istehlakçılarına zərər verəcək. Komissiya ilk olaraq “Qazprom”un Estoniya, Latviya, Litva, Polşa, Macarıstan, Bolqarıstan, Çexiya və Slovakiyada fəaliyyətini araşdıracaq.

“Qazprom” isə Avropa Komissiyasının bəyanatına reaksiya «qoy araşdırsınlar!» deyə reaksiya verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR