Bank Of Baku

Azərbaycan qeyri-neft məhsullarının ixracını artırıb

Azərbaycan qeyri-neft məhsullarının ixracını artırıb
# 07 sentyabr 2012 15:30 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə xarici ticarət dövriyyəsi 25,7 mlrd. ABŞ dolları təşkil edib, bunun 5,3 mlrd. dolları idxalın, 20,4 mlrd. dolları isə ixracın payına düşüb və nəticədə 15,1 mlrd. dollarlıq müsbət saldo yaranıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 24,7%, o cümlədən idxal 4%, ixrac 31,6%, müsbət saldo isə 14,1 dəfə artıb.

«Yanvar-iyul aylarında qeyri-neft məhsullarının ixracı 903,5 mln. dollar dəyərində olub və 2011-ci ilin yanvar-iyul aylarının səviyyəsini 6,8% üstələyib», - deyə Komitədən bildirilib.

Qeyd edək ki, xarici ticarət əməliyyatlarının 84,9%-i İtaliya, İsrail, İndoneziya, Rusiya, Fransa, ABŞ, Türkiyə, Hindistan, Almaniya, Çin, Çexiya, Böyük Britaniya, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Ukrayna, Tayvan (Çinin əyaləti), Sinqapur və Tailand dövlətləri, qalan 15,1%-i isə digər ölkələrlə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR