Bank Of Baku

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1,4 milyonu ötüb

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1,4 milyonu ötüb
# 08 sentyabr 2012 11:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev-APA-Economics. Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1 429 257-ə (o cümlədən 1 411 724 əhali, 17 533 qeyri-əhali abonenti) çatıb. “APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycanda Dövlət Neft Şirkətinin məlumatında deyilir.

Məlumata əsasən, bu abonentlərin 645 264-ü Bakı şəhəri (635 884 əhali, 9 380 qeyri-əhali abonenti), 783 993-ü isə regionların payına düşür (775 840 əhali, 8 153 qeyri-əhali abonenti).

Ümumilikdə 1 428 112 abonent sayğaclaşdırılıb ki, bunun 1 410 579-u əhali (99,9%), 17 533-ü qeyri-əhali (100%) istehlakçılarıdır. Sayğaclaşdırmanın nisbətinə gəlincə, bu sahədə vəziyyət aşağıdakı kimidir: Bakı şəhəri üzrə 635 254 əhali abonenti (99,9%), 9 380 qeyri-əhali abonenti (100%), regionlar üzrə isə 775 325 əhali abonenti (99,9%) və 8 153 qeyri-əhali abonenti (100%). Ümumilikdə Bakı şəhəri üzrə 644 634 abonent (99,9%), regionlar üzrə isə 783 478 abonent (99,9%) sayğaclaşdırılıb.

İndiyədək əhali abonentlərinin mənzillərində 440 mindən artıq “smart-kart” sayğacları (GULF və İTRON tipli) quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR