Bank Of Baku

Bu ilin 8 ayı ərzində BTC kəməri ilə 20,7 mln. ton Azərbaycan nefti nəql olunub

Bu ilin 8 ayı ərzində BTC kəməri ilə 20,7 mln. ton Azərbaycan nefti nəql olunub
# 12 sentyabr 2012 13:26 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin avqust ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 367 326 ton Azərbaycan nefti nəql olunub.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-avqust aylarında bu kəmərlə 20 664 558 ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2012-ci il sentyabr ayının 1-ə qədər BTC-yə 196 442 258 ton neft vurulub. Bundan başqa, cari ilin avqust ayında BTC kəməri ilə 241 532 ton Türkmənistan nefti nəql olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR