Bank Of Baku

İndiyədək «Şahdəniz» yatağından 1 trln. kubfut qaz hasil edilib

İndiyədək «Şahdəniz» yatağından 1 trln. kubfut qaz hasil edilib
# 12 sentyabr 2012 14:55 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. «Əsrin müqaviləsi»nə daxil olan «Azəri-Çıraq-Günəşli» yataqlarından 1997-2011-ci illər ərzində 1,9 mlrd. barel neft hasil edilib.

«APA-Economics»in məlumatına görə, bu barədə BP-Azərbaycan şirkətinin açıqladığı Davamlı İnkişaf Haqqında hesabatda bildirilir.

Sənəddə BP-nin 2011-ci ildə Azərbaycanda apardığı biznes fəaliyyətlərinin xülasəsi ilə yanaşı, ekologiya, iqtisadi və sosial sahələrdəki göstəriciləri də əksini tapıb: «İnanırıq ki, bu hesabat həm BP şirkətinin, həm də enerji sənayesinin qlobal miqyasda şəffaf hesabatların verilməsi üzrə ən yaxşı standartları əks etdirir».

Hesabatda bildirilir ki, Azərbaycanın ən böyük qaz yatağı sayılan «Şahdəniz»dən indiyədək 1 trln. kubfut (təqribən 37 mlrd. kubmetr) qaz hasil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR