Bank Of Baku

Dünya bazarında platinin qiyməti rekord həddə çatıb

Dünya bazarında platinin qiyməti rekord həddə çatıb
# 13 sentyabr 2012 08:17 (UTC +04:00)
Bakı - APA-Economics. Dünya bazarında platinin qiyməti son beş ayda rekord həddə çatıb. “APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, Nyu-York birjasında platinin qiyməti 2,5% bahalaşaraq 1 unsiyasına görə 1647,7 dollar təşkil edib.

Bahalaşmaya səbəb Cənubi Afrika Respublikasının (CAR) platin mədənlərində tətil keçirilməsidir. “CAR-da vəziyyət pisləşməkdə davam edir ki, bu da platinin qiymətinin artmasını sürətləndirir” - deyə “Marex Spectron Group Ltd.”-nin analitiki Devid Qovett bildirib.

Dünyanın ən nəhəng platin istehsalçısı olan “Anglo-American Platinum Ltd.” isə Rustenburg mədənində hasilatı dayandırıb. Şirkətin yaydığı açıqlamada bildirilir ki, naməlum şəxslər hədə-qorxu yolu ilə şaxtaçıları tətilə başlamağa vadar edib.

Qeyd edək ki, bir aya yaxındır CAR-dakı Marikana mədəninin şaxtaçıları tətil edir. Onlar avqustun sonunda Böyük Britaniyanın “Lonmin” şirkətinə məxsus mədənin fəaliyyətini dayandırıb və polislə danışıqlardan imtina edib. Bundan sonra polis aksiya iştirakçılarına atəş açıb. Nəticədə 44 nəfər ölüb, 100 nəfər yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR