Bank Of Baku

ARDNŞ-da səmt qazının idarə edilməsi mövzusunda toplantı keçirilib

ARDNŞ-da səmt qazının idarə edilməsi mövzusunda toplantı keçirilib
# 13 sentyabr 2012 16:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə və «BP-Azərbaycan» şirkətinin AGT Regionu Əməyin Təhlükəsizliyi və Əməliyyat Riskləri üzrə vitse-prezidenti Robert Vatın iştirakı ilə «Azəri-Çıraq-Günəşli» yataqlar bloku, «Şahdəniz» yatağı və Səngəçal Terminalında şamda yandırılan səmt qazının idarəedilməsi məsələlərinə həsr olunmuş toplantı keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, ARDNŞ-ın, «BP-Azərbaycan» şirkətinin və Dünya Bankı mütəxəssislərindən ibarət İşçi Qrupunun toplantısında cari ilin 6 ayı ərzində «Azəri», «Çıraq», «Dərinsulu Günəşli» yataqlarında hasil olunan qaz balansının təkmilləşdirilməsi, dəniz platformalarında və Səngəçal Terminalında şamda yandırılan səmt qazının həcmlərinin azaldılması istiqamətində görülmüş işlərin nəticələri müzakirə edilib.

Qeyd olunub ki, icra edilmiş tədbirlər nisbətən müsbət nəticə verib. İşçi qrupun işinin səmərəliliyinin artırılması və səmt qazının şamda yandırılmasının azaldılması istiqamətində həll yollarının daha intensiv axtarılmasına dair təkliflər səslənib və fikir mübadiləsi aparılıb.

Sonda işçi qrupunun 2013-cü il üzrə planı müzakirə edilmiş və səmt qazının şamda yandırılmasının azaldılmasına dair proseslərin təkmilləşdirilməsi və görüləcək tədbirlərə nəzarətin gücləndirilməsi tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR