Bank Of Baku

«Azərikimya»da Ukrayna səfiri ilə görüş keçirilib - FOTO

«Azərikimya»da Ukrayna səfiri ilə görüş keçirilib - <font color=red>FOTO</font>
# 13 sentyabr 2012 16:20 (UTC +04:00)
bakı – APA-Economics. Azərbaycanla Ukrayna arasında daim genişlənməkdə olan iqtisadi-mədəni, o cümlədən neft-kimya sahəsində bugünkü əlaqələr və onların gücləndirilməsi zərurəti Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ilə «Azərikimya» İstehsalat Birliyi rəhbərliyinin görüşündə müzakirə olunub.

İB-dən “APA-Economics”ə verilən məlumata görə, görüşdə həmçinin hər iki ölkədə əhalinin sağlamlığına və idmana xüsusi diqqət yetirildiyi, beynəlxalq turnir və yarışlarda bu iki tərəfdaş ölkənin uğurla çıxış etməsi görüşün müzakirə mövzusu olub.

İdmanın maraqlı növlərindən olan səmtləşmə idmanının Azərbaycanda inkişaf etdirilməsi üçün respublikanın regionlarında əlverişli coğrafi məkan və şəraitin, böyük potensialın olduğu qeyd edilib. Azərbaycan Səmti müəyyənetmə idmanı Federasiyasının Rəyasət Heyətinin üzvü olan A.Mişenko bu sahədə «Azərikimya» idmançılarının müəyyən təcrübəyə, səriştəyə malik olmasından məmnunluğunu ifadə edib, bunu kimyaçı komandalarının bir müddət əvvəl Qubada uğurla keçirilmiş iki günlük səmtləşmə yarışlarının təsdiq etdiyini bildirib. Məhz bunu nəzərə alaraq «Azərikimya»nın gənc idmançılarının da sentyabrın sonlarında Açıq respublika çempionatında və oktyabr ayında - Milli Dirçəliş günü ərəfəsində Heydər Əliyev Kuboku uğrunda yarışlarda iştirakı, bu idman növü üzrə milli yığma komandaya kimyaçıların da cəlb olunması məsələsi müzakirə edilib
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR