Bank Of Baku

Avropa Birliyi ölkələri enerji sazişlərini Avropa Komissiyası ilə razılaşdırmalı olacaq

Avropa Birliyi ölkələri enerji sazişlərini Avropa Komissiyası ilə razılaşdırmalı olacaq
# 14 sentyabr 2012 11:11 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, Avropa Parlamenti dünən bununla bağlı qanunu təsdiqləyib.

İndiyədək bağlanmış sazişlər də AB-nin rəqabət haqqında qanunvericiliyə uyğunluğunun yoxlanması üçün Avropa Komissiyasına təqdim olunmalıdır. Əgər qanunvericiliyə zidd məqamlar aşkarlanarsa, sazişlərə düzəliş ediləcək.

Bundan sonra bütün sazişlər 3 ildən bir Brüsselə təqdim olunacaq. AB-nin istənilən üzvü yeni sazişlərlə bağlı danışıqlar apararkən blokdan məsləhət verilməsini xahiş edə bilər.

Ekspertlərin fikrincə, yeni qanun Rusiyanın AB üzvü olan ölkələrlə imzaladığı qaz sazişlərinin taleyini şübhə altında qoya bilər. Xatırladaq ki, sentyabrın 4-də Avropa Komissiyası Rusiyanın “Qazprom” şirkətinə qarşı anti-inhisar araşdırmasına başlayıb. Şirkət isə bunu qazın qiymətini aşağı salmaq üçün siyasi təzyiq kimi qiymətləndirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR