Bank Of Baku

ARDNŞ hündürmərtəbəli binalara qaz verilməsinin şərtini açıqlayıb

ARDNŞ hündürmərtəbəli binalara qaz verilməsinin şərtini açıqlayıb
# 15 sentyabr 2012 10:58 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

O, yeni binalara qaz verilməməsinin təhlükəsizlik məsələləri ilə əlaqədar olduğunu bildirib: «Bəziləri soruşur ki, binalara işıq və su verilibsə, qaz niyə verilmir? Çünki işıq və su partlamır, amma qaz partlaya bilər. Belə hadisə olanda isə məsuliyyəti ARDNŞ-ın üzərinə düşür. Ona görə də nəzarətedici qurumun bu binanı qəbul etməsi barədə aktı olsa, biz qorxusuz həmin binaya qaz verə bilərik».

Qeyd edək ki, prezident İlham Əliyevin təsdiqlədiyi «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nda Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və Dövlət Neft Şirkətinə bu məsələnin 2013-2014-cü illər ərzində həll edilməsi tapşırılıb.

R.Abdullayev bildirib ki, qaz təminatının genişləndirilməsi ilə bağlı dövlət başçısının ARDNŞ-a da tapşırıqları var və şirkət hündür binaların qazlaşdırılmasında maraqlıdır: «İmkan varsa, niyə də qazlaşdırmayaq? ARDNŞ bizneslə məşğuldur və nə qədər çox abunəçiyə qaz verilsə, o qədər də yığım artacaq. Amma qaz təhlükəli məhsul olduğuna görə dövlət sənədi olmadan onu verə bilmərik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR