Bank Of Baku

ARDNŞ bu il sonunda Azərbaycan və Gürcüstanda karbamid zavodlarının tikintisinə başlayacaq

ARDNŞ bu il sonunda Azərbaycan və Gürcüstanda karbamid zavodlarının tikintisinə başlayacaq
# 17 sentyabr 2012 14:39 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, şirkətin Azərbaycanda və Gürcüstanın Külevi zonasında inşa etməyə hazırlaşdığı karbamid zavodlarının tikintisi eyni vaxtda aparılacaq və artıq Gürcüstan hökuməti bu ölkədəki zavodun ərazisinin azad iqtisadi zona olması ilə bağlı qərar qəbul edib: «Gürcüstan prezidenti Mixail Saakaşvilinin iştirakı ilə bu zavodun təməlqoyma mərasimi keçiriləcək. Karbamid Zavodu Azad İqtisadi Zonada tikiləcək və bu bizə böyük imtiyazlar verəcək. Bu iki zavodun layihələri birlikdə işlənəcək, bu bizə tikinti xərclərini və məhsulların maya dəyərini aşağı salmağa imkan verəcək».

ARDNŞ prezidenti qeyd edib ki, artıq zavodların tikintisinə hazırlıq işləri gedir və fiziki tikinti işlərinə bu ilin sonunda başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR