Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinda İndoneziyanın «Pertamina» şirkətinin rəhbərliyi ilə görüş keçirilib

Azərbaycan Dövlət Neft Şirkətinda İndoneziyanın «Pertamina» şirkətinin rəhbərliyi ilə görüş keçirilib
# 18 sentyabr 2012 11:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin I vitse-prezidenti Xoşbəxt Yusifzadə və şirkət rəhbərliyinin digər nümayəndələri ilə İndoneziyanın «Pertamina» Dövlət Neft Şirkətinin prezidenti xanım Karen Aqustiavanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, X.Yusifzadə ölkələr arasında münasibətlərin dostluq prinsipləri əsasında qurulmasından məmnunluğunu ifadə edərək bildirib ki, bu kimi görüşlər ikitərəfli əlaqələrin daha da genişlənməsinə xidmət edəcək.

Daha sonra ARDNŞ-ın I vitse-prezidenti Azərbaycan neft sənayesinin tarixi, yeni layihələr, neft-kimya kompleksinin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR