Bank Of Baku

CAR-da tətil edən şaxtaçıların tələbləri qəbul olunub

CAR-da tətil edən şaxtaçıların tələbləri qəbul olunub
# 19 sentyabr 2012 08:51 (UTC +04:00)
Bakı - APA-Economics. Cənubi Afrika Respublikasındakı “Marikana” platin şaxtasında çalışanların maaşları 22% artırılacaq.

APA-Economics”in xəbərinə görə, şaxtanın sahibi olan Böyük Britaniyanın “Lonmin” şirkəti şaxtaçılara güzəştə getməyə məcbur olub. Şaxtaçılar 6 həftəlik etiraz aksiyası dövründə işləmədiklərinə görə kompensasiya da alacaqlar.

Bundan əvvəl “Lonmin”in əmək haqlarının 20% artırılması haqda təklifi işçilər tərəfindən qəbul edilməyib. “Bu şaxtada fəhlələr qalib gəldi və cümə axşamından etibarən onlar işə çıxacaqlar” - deyə yerli ruhani Coan Seoka bildirib.

Bununla belə, CAR-dakı digər şaxtalarda tətillər davam edir. Ölkə prezidenti Ceykob Zuma aksiyaların iqtisadiyyata indiyədək 548 mln. dollar zərər vurduğunu açıqlayıb.

Qeyd edək ki, avqust ayında polis aksiya iştirakçılarına atəş açıb. Nəticədə 44 nəfər ölüb, 100 nəfər yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR