Bank Of Baku

ARDNŞ Ukraynadakı yanacaqdoldurma məntəqələrinin sayını 100-ə çatdırmağı planlaşdırır

ARDNŞ Ukraynadakı yanacaqdoldurma məntəqələrinin sayını 100-ə çatdırmağı planlaşdırır
# 19 sentyabr 2012 14:05 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) indiyədək Ukraynaya 130-140 mln. dollar investisiya yatırıb.

APA-Economics”in xəbəinə görə, bu barədə ARDNŞ-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.

Onun sözlərinə görə, hazırda Ukraynada ARDNŞ-ın brendi altında 25-ə qədər yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir və bu şəbəkənin genişləndirilməsi nəzərdə tutulur: “Bu məntəqələrin sayının təxminən 100-ə çatdırılması planlaşdırılır”.

Amma burada hər şey işlərin gedişindən asılı olacaq. Hər şey qaydasında olsa, yanacaqdoldurma məntəqələrinin sayı 150-yə qədər arta bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR