Bank Of Baku

ARDNŞ-ın İnsan Resursları Departamenti vətəndaşları “iş dəllallarına” aldanmamağa çağırır

ARDNŞ-ın İnsan Resursları Departamenti vətəndaşları “iş dəllallarına” aldanmamağa çağırır
# 26 sentyabr 2012 07:56 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) İnsan Resursları Departamenti kadrların seçilməsi, işə qəbul olunması, səmərəli yerləşdirilməsi, stimullaşdırılması, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması və insan resurslarının idarə edilməsi üzrə işləri obyektivlik və şəffaflıq prinsipləri əsasında həyata keçirir.

Departamentinin rəisi Asif Bəkirlinin “APA-Economics”ə verdiyi məlumata görə, 2011-ci ilin aprel ayında bu qurum fəaliyyətə başladığı dövrdən etibarən 1880 ədəd vakant yer elan edilib, həmin vakant yerlər üzrə 28 908 nəfər namizədin müraciəti qəbul edilərək onların ilkin tələblərə uyğunluğu yoxlanılıb: “İlkin tələblərə cavab verən 7252 nəfər test və peşə sınaq imtahanında, onlardan da 3924 nəfəri müsahibələrdə iştirak edib və nəticədə 1036 nəfər müsabiqədə uğurla iştirak edərək tam ədalətli olaraq ARDNŞ-da müvafiq işlə təmin olunması üçün iş təklifləri alıb”.

A.Bəkirli təəssüflə qeyd edib ki, kənarda aidiyyəti olmayan şəxslərin “işədüzəltmə” adı altında fırıldaqçılıq, dələduzluq işləri ilə məşğul olması faktları hələ də mövcuddur: “İnsan Resursları Departamenti dəfələrlə KİV vasitəsilə çıxış edərək bu kimi halların yolverilməz olduğunu bildirib və bu cür dələduzluq edən “dəllallar”a aldanmamaq barədə əhalini məlumatlandırıb. Bununla yanaşı, təəssüf ki, yenə də belə hallar baş verir. Departament bu gün də ictimaiyyəti xəbərdar edir ki, ARDNŞ-a işə qəbul olunmaq istəyən vətəndaşlar yalnız və yalnız ARDNŞ-ın korporativ internet səhifəsinə (www.socar.az) daxil olaraq müvafiq vakansiyalar haqqında məlumat ala və ixtisasları üzrə müraciət edə bilərlər. Obyektivlik və şəffaflıq prinsipi əsasında müsabiqə yolu ilə həyata keçirilən işə qəbul prosesində isə yalnız bilik, bacarıq, səriştə və fərdi keyfiyyətlər rol oynayır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR