Bank Of Baku

Taner Yıldız: “İranla enerji resursları sahəsində əməkdaşlığımız davam edəcək”

Taner Yıldız: “İranla enerji resursları sahəsində əməkdaşlığımız davam edəcək”
# 26 sentyabr 2012 08:34 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İranla enerji resursları sahəsində əməkdaşlığımız davam edəcək”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib.

Onun sözlərinə görə, İranla enerji resursları sahəsində əməkdaşlıq daha da artırılacaq, hətta yeni müqavilələr də imzalanacaq: “Türkiyə İran başda olmaqla Rusiya, Azərbaycan və digər ölkələrlə neft kəməri razılaşmalarını artırmaq səylərini davam etdirir. Hətta gələn il Türkiyəyə təbii qaz idxalı ilə bağlı Rusiya ilə görüşlər keçiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR