Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti İsveçrədə ilk yanacaqdoldurma məntəqəsini açıb - FOTO

Azərbaycan Dövlət Neft Şirkəti İsveçrədə ilk yanacaqdoldurma məntəqəsini açıb - <font color=red>FOTO</font>
# 26 sentyabr 2012 09:14 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə ARDNŞ-in İsveçrədəki törəmə şirkəti olan «SOCAR Energy Switzerland»in rəsmi internet səhifəsində məlumat yayılıb.

Məlumatda deyilir ki, yeni «SOCAR» YDM-i Sürix şəhərində fəaliyyətə başlayıb.

Bununla yanaşı bildirilir ki, ARDNŞ son 20 il ərzində İsveçrənin yanacaqdoldurma məntəqələri bazarına daxil olan ilk xarici şirkətdir.

Qeyd edək ki, ARDNŞ İsveçrədəki «Esso Switzerland» yanacaqdoldurma məntəqələri şəbəkəsini ABŞ-ın «ExxonMobil» şirkətindən satın alıb. Hazırda bu məntəqələrin «SOCAR» brendi altında fəaliyyətə başlaması istiqamətində iş aparılır. Ümumilikdə, 2013-cü ilin ortalarına qədər 160 keçmiş «Esso» YDM-i «SOCAR» brendi altında fəaliyyətə başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR