Bank Of Baku

Bakıda yaşıl texnologiyaların tətbiqi ilə bağlı seminar keçirilib

Bakıda yaşıl texnologiyaların tətbiqi ilə bağlı seminar keçirilib
# 27 sentyabr 2012 08:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Polşanın Azərbaycandakı səfirliyi və Azərbaycan Sənaye və Energetika Nazirliyinin (SEN) təşkilatçılığı ilə «Greenevo - Yaşıl Texnologiyaların Akseleratoru» iqtisadi seminar keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Polşanın Azərbaycandakı səfiri Mixal Labenda qeyd edib ki, son illər Polşa iqtisadiyyatı stabil inkişaf edir, hətta qlobal maliyyə böhranı dövründə ölkə iqtisadiyyatında artım qeydə alınıb. Bu ilin III rübündə Polşada ÜDM 2,4% artıb. Səfir həmçinin bildirib ki, Polşa ekologiya və yeni texnologiyalara sərmayə yatıran ölkədir. Eyni zamanda, ölkə ətraf mühitin qorunmasına ciddi diqqət yetirir.

Tədbirdə çıxış edən SEN-in Aparat rəhbəri Rasim Məmmədov bildirib ki, Azərbaycanda hər il təxminən 50 mln. ton neft, 27 mlrd. kubmetr qaz və 18 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunur: «Yanacağın böyük həcmdə istifadəsi nəticəsində ekoloji çətinliklər yaranır. Məhz bu baxımdan Azərbaycanda yaşıl texnologiyalardan istifadə vacibdir». Nazirlik rəsmisi qeyd edib ki, artıq bu istiqamətdə ölkədə xarici şirkətlərlə birgə əhəmiyyətli işlər görülür: «Qeyri-neft sektorunda da yaşıl texnologiyanın tətbiqinə böyük ehtiyac var».

Azərbaycanla Polşa arasında bu sahədə əməkdaşlıqdan danışan R.Məmmədov bildirib ki, Azərbaycan bu əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. R.Məmmədov tədbir iştirakçılarına Sumqayıt Texnologiyalar Parkı, Balaxanı sənaye parkı və ümumiyyətlə bu sahədə görülən işlərdən geniş məlumat verib və qeyd edib ki, Azərbaycan alternativ enerji mənbələrindən istifadəni, o cümlədən bölgələrdə ilbəil genişləndirir.

Tədbir çərçivəsində yaşıl texnologiyalardan istifadə edən Polşanın 11 şirkətinin təqdimatı keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR