Bank Of Baku

“Azərenerji”: Artıq ölkənin bütün şəhər və rayonlarına elektrik enerjisinin verilişi bərpa edilib

“Azərenerji”: Artıq ölkənin bütün şəhər və rayonlarına elektrik enerjisinin verilişi bərpa edilib
# 28 sentyabr 2012 16:19 (UTC +04:00)
Mingəçevir. Elvin Yaqubov - APA. Bu gün səhər saatlarında Mingəçevirdəki “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin elektrik paylayıcı stansiyasına ildırım düşməsi nəticəsində baş verən partlayışın və yanğının nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. APA-nın məlumatına görə, hadisə yerinə gələn “Azərenerji” ASC-nin xüsusi komissiyası araşdırmalara başlayıb.

Hadisə yerində işləyən komissiyanın fəaliyyəti barədə “Azərenerji” ASC-nin məsul işçisi Nazim Əsgərov jurnalistlərə açıqlamasında bildirib ki, elektrik stansiyasının enerji bloklarının fəaliyyəti növbə ilə bərpa edilir. “Hazırda 3 enerji bloku işləyir və digər blokların fəaliyyətinin bərpası üçün iş aparılır. Paylayıcı elektrik stansiyasına ildırım düşməsi səbəbindən baş verən açılmalarla bağlı araşdırmalar 2-3 gün davam etdiriləcək. Artıq ölkənin bütün şəhər və rayonlarına elektrik verilişi bərpa edilib və bu sahədə problem yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR