Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun başçısı Fransa Senatının nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Dövlət Neft Fondunun başçısı Fransa Senatının nümayəndə heyəti ilə görüşüb
# 02 oktyabr 2012 13:06 (UTC +04:00)
Bakı – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Fransa Senatının enerji üzrə araşdırma qrupunun həmsədri senator Ladislas Poniatovskinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

«APA-Economics»in məlumatına görə, Ş.Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, Suveren Fondlar, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-in aparıcı rolu barədə qonaqlara ətraflı məlumat verib. Görüş zamanı Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən layihələrin ölkənin inkişafı üçün əhəmiyyəti xüsusi vurğulanıb və Azərbaycan ilə Fransa arasında iqtisadi əməkdaşlıq məsələləri də müzakirə edilib. Görüşün sonunda Ş.Mövsümov ARDNF-in fəaliyyətinə dair qonaqları maraqlandıran sualları cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR