Bank Of Baku

Azərbaycan xam neft ixracını azaldıb

Azərbaycan xam neft ixracını azaldıb
# 02 oktyabr 2012 14:27 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2012-ci ilin sentyabr ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 159,6 min ton, Supsa limanından (Qara dəniz, Gürcüstan) 322,98 min ton, Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 654,929 min ton xam neft ixrac edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən bildirilib.

Ötən ilin sentyabr ayına nisbətən Novorossiysk limanından neft ixracı 24%, Supsa limanından 2,5%, Ceyhan limanından isə 15,6% azalıb.

Ümumilikdə, yanvar-sentyabr ayları ərzində Novorossiysk limanından 1 434,195 min ton, Supsa limanından 2 176,887 min ton, Ceyhan limanından isə 15 505,602 min ton xam neft ixrac edilib. Keçən ilin eyni dövrünə nisbətən ilk 9 ayda Novorossiysk limanından neft ixracı 1,7%, Ceyhan limanından 12,2% azalıb, Supsa limanından neft ixracı 4,2% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR