Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti ABŞ səfirini qəbul edib

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti ABŞ səfirini qəbul edib
# 03 oktyabr 2012 07:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economis. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarı qəbul edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı Azərbaycanın neft-qaz sənayesində son dövrlərdə baş verən yeniliklər haqqında qonağı məlumatlandıran R.Abdullayev həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələrin gerçəkləşməsinə ABŞ-ın həmişə böyük dəstək verdiyini vurğulayıb. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın böyük rol oynaya biləcəyini qeyd edən ARDNŞ prezidenti Cənub Qaz Dəhlizi layihəsinin gerçəkləşdirilməsi istiqamətində aparılan işlərdən danışıb, bu sahədə fəaliyyətin daha da genişlənəcəyini bildirib.

Öz növbəsində R.Morninqstar Azərbaycanda son illər bütün sahələrdə olduğu kimi neft-qaz sektorunda da böyük inkişaf müşahidə edildiyini, bu inkişafda ARDNŞ-ın mühüm rol oynadığını söyləyib, qarşıdakı illərdə şirkətin fəaliyyət dairəsinin daha da genişlənəcəyinə, dünya bazarında mövqelərinin möhkəmlənəcəyinə əminliyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR