Bank Of Baku

Bakıda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə beynəlxalq konfrans keçiriləcək

Bakıda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə beynəlxalq konfrans keçiriləcək
# 03 oktyabr 2012 10:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabr ayının 2-də Azərbaycan Dövlət Neft Fondunda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun iclası keçirilib. Fonddan «APA-Economics»ə verilən məlumata görə, iclasda Çoxtərəfli Qrupun üzvləri tərəfindən ÇQ-nin 2013-cü il üçün iş planı müzakirə edilərək təsdiq edilib.

Bundan əlavə, Azərbaycanın MHŞT-yə qoşulmasının 10 illik yubileyi münasibətilə MHŞT üzrə Beynəlxalq Konfransın Bakıda keçirilməsi, Sidneydə keçiriləcək VI Qlobal Konfrans çərçivəsində təşkil olunacaq Milli Sərgiyə hazırlıq və digər məsələlər ətrafında müzakirələr aparılıb.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana «2009-cu il MHŞT mükafatı» təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR