Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən bu ilin 9 ayında 107588 metr qazma işi görülüb

Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən bu ilin 9 ayında 107588 metr qazma işi görülüb
# 04 oktyabr 2012 16:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin sentyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 7744 metr qazma işi həyata keçirib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu sahədə görülmüş işlərin 7466 metri istismara, 278 metri kəşfiyyata aid olub.

Ümumiyyətlə, 2012-ci ilin yanvar-sentyabr aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 107588 metr qazma işi görülüb ki, bunun da 102136 metri istismara, 5452 metri kəşfiyyata (o cümlədən 2150 metr struktur axtarış qazması) aid olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR