Bank Of Baku

Yaponiyanın «Mayekawa Intertech AG» şirkəti Azərbaycanda tərəfdaş axtarır

Yaponiyanın «Mayekawa Intertech AG» şirkəti Azərbaycanda tərəfdaş axtarır
# 05 oktyabr 2012 11:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaponiyanın «Mayekawa Intertech AG» şirkəti Azərbaycan şirkətləri ilə sıx əməkdaşlıq etmək niyyətindədir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, 1924-cü ildə təsis edilmiş «Mayekawa Intertech AG» şirkəti Yaponiyanın müxtəlif tipli kompressor qurğularının istehsalı ilə məşğul olan qabaqcıl və tanınmış şirkətlərindən biri hesab edilir. Hazırda şirkət qaz hasilində istifadə olunan yüksək keyfiyyətli və ekoloji təmiz kompressorlar istehsal edir. Bununla yanaşı, şirkət qida məhsullarının saxlanılması məqsədilə istifadə olunan soyuducu kompressorlar da istehsal etməkdədir. Şirkətin istehsal etdiyi digər bir növ avadanlıqlar içərisində ət məhsullarının istehsalında geniş istifadə edilən robotlar və digər texniki ləvazimatlar xüsusi yer alır. «Mayekawa Interteeh AG» şirkətinin istehsal etdiyi soyuducu avadanlıq və texnologiyalar idman komplekslərinin buz ortüyünün təmin edilməsində istifadə olunur. Məsələn, 1998-ci ildə Yaponiyanın Naqano şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarının idman komplekslərinin buz örtüyünün təmin edilməsi məhz «Mayekawa Intertech AG» şirkətinə həvalə edilib.

«Sözügedən şirkət Azərbaycan şirkətləri ilə sıx əməkdaşlıq etmək niyyətindədir və bununla bağlı yerli şirkətləri əməkdaşlığa dəvət edir. Şirkətlə əməkdaşlıqda maraqlı olan şirkətlər və iş adamları «Mayekawa Intertech AG»nin İsveçrədəki nümayəndəliyi ilə əlaqə saxlaya bilər. Tel: +41 (0) 41 726 86 26».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR