Şəffaflıq Təşəbbüsü video müsabiqə elan edir
05 oktyabr 2012 15:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq Katiblik “Ölkənizdə təbii resursların nəticələrini görürsünüzmü?” mövzusunda video müsabiqə elan edib.
“APA-Economics”in məlumatına görə, müsabiqə ölkəsində MHŞT-nin tətbiq edilib-edilməməsindən asılı olmayaraq bütün ictimaiyyətə açıqdır.
Videoçarxlarda MHŞT tətbiqinin ölkədə hansı dəyişikliklər yaratması, hesabatlılığın ölkədə ictimai debat və islahatları necə stimullaşdırması, vətəndaşların və təşkilatların mineral ehtiyatlardan daxil olan gəlirlər barədə informasiyalardan necə istifadə etməsi əks oluna bilər. Videomüsabiqənin keçirilməsində əsas məqsəd MHŞT haqqında insanları məlumatlandırmaq və Təşəbbüsü daha geniş yaymaqdan ibarətdir.
Müsabiqədə qalib gələn video mükafat (EITI Chair Award) və 5 000 ABŞ dolları ilə təltif olunacaq. Hazırlanan videoların Beynəlxalq Katibliyə təqdim olunması üçün son müddət dekabrın 31-dir. Müsabiqə haqqında ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: http://eiti.org/public-video-competition

Sənaye və energetika
“AzerGold”un yeni qızıl sikkə kolleksiyası İçərişəhərə həsr olunub
10:10
21 may 2024
Azərbaycan nefti bahalaşmaqda davam edib
09:22
21 may 2024
Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılacaq
17:46
20 may 2024
Elektrik şəbəkələrinin mühafizə zonalarında işlərinin aparılmasına dair tələblər müəyyənləşib
17:31
20 may 2024