Bank Of Baku

Azərbaycan və Bolqarıstan enerji sektorunda əməkdaşlığı genişləndirmək niyyətindədir

Azərbaycan və Bolqarıstan enerji sektorunda əməkdaşlığı genişləndirmək niyyətindədir
# 06 oktyabr 2012 08:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Bolqarıstanın keçmiş prezidenti Georgi Pırvanovla görüşüb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı R.Abdullayev son illər Azərbaycanın sosial-iqtisadi inkişafında qazanılmış uğurlardan danışıb, bu uğurlarda neft-qaz sektorunun rolunu qeyd edib, xüsusilə ölkənin qaz ixrac edən ölkələr arasında özünə layiqli yer tutduğunu, Avropanın enerji təhlükəsizliyində mühüm mövqeyə malik olduğunu vurğulayıb. İxrac marşrutlarının diversifikasiyasına ölkədə böyük əhəmiyyət verildiyini söyləyən ARDNŞ prezidenti Bolqarıstanın Enerji Holdinqi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu çərçivəsində aparılan işlərdən də söz açıb. R.Abdullayev yaxın perspektivdə Bolqarıstanla Azərbaycan arasında enerji sektorunda əməkdaşlığın daha yüksək templərlə inkişaf edəcəyinə əminliyini bildirib.

Öz növbəsində G.Pırvanov Bolqarıstanın dövlət başçısı vəzifəsində çalışarkən Azərbaycan prezidenti İlham Əliyevlə həyata keçirdikləri birgə səylər nəticəsində iki ölkə arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxdığını söyləyib, bu əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə inandığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR