Bank Of Baku

bp: AÇG üzrə toplanan seysmik məlumatların həcmi 1 petabayta yaxınlaşır

bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda geologiya və işlənmə üzrə vitse-prezidenti  Dan Sparks

© APA | bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda geologiya və işlənmə üzrə vitse-prezidenti  Dan Sparks

# 13 noyabr 2026 15:16 (UTC +04:00)

İndiyədək Azəri-Çıraq-Günəşli yatağı üzrə toplanan seysmik məlumatların ümumi həcmi 750 terabayta çatıb və artıq bir petabayta yaxınlaşırıq.

“APA-Economics” xəbər verir ki, bu barədə bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda geologiya və işlənmə üzrə vitse-prezidenti Dan Sparks bildirib.

“AÇG yetkinləşdikcə, ilkin laydan neftin böyük hissəsini hasil etdikcə və digər, daha mürəkkəb laylara keçdikcə geoloji məlumatlara yenidən qayıtmalı və onları daha detallı miqyasda təhlil etməli oluruq. Bunun üçün məlumatların toplanmasına böyük həcmdə investisiyalar yatırmaq lazım gəlir.

Bu iş SOCAR ilə birgə həyata keçirilir və nəticələri, həqiqətən də, möhtəşəmdir. Əldə etdiyimiz nəticələr gözləntilərimizi xeyli üstələyib”,- o qeyd edib.

Vitse-prezident vurğulayıb ki, layın təsvirinin yaradılması məqsədilə hər il təxminən 250 terabayt həcmində məlumat əldə edilir: “Bu seysmik investisiyanın miqyasını daha aydın təsəvvür etmək üçün bir məqamı qeyd edim: layın təsvirinin yaradılması məqsədilə hər il təxminən 250 terabayt həcmində məlumat əldə edirik. İndiyədək bu məlumatların ümumi həcmi 750 terabayta çatıb və artıq bir petabayta yaxınlaşırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR