Bank Of Baku

Ceyhun Bayramov Azərbaycandan keçən yaşıl enerji dəhlizindən danışıb

Ceyhun Bayramov Azərbaycandan keçən yaşıl enerji dəhlizindən danışıb
# 25 aprel 2025 13:28 (UTC +04:00)

Enerji sahəsində yeni istiqamət yaşıl enerji sahəsidir. Bu layihə davam edir və perspektivləri genişdir.

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu layihəyə Azərbaycan və Avropa ilə yanaşı, bir sıra digər ölkələr də maraq göstərir: “Bolqarıstan da bu layihəyə maraq göstərir. Eyni zamanda, Mərkəzi Asiyada istehsal olunan yaşıl enerjinin də Azərbaycana çatdırılması və bunun da həmin layihənin tərkib hissəsi olma şansı var. Hazırda bu istiqamətdə tərəflər əməli addımlar atır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR