Sabahdan Bakıdan Qazaxa ilk dəfə sürətli qatarlarla səfərlər ediləcək

Sabahdan Bakıdan Qazaxa ilk dəfə sürətli qatarlarla səfərlər ediləcək
# 14 iyun 2025 13:06 (UTC +04:00)

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 15 iyundan etibarən Bakıdan Qazaxa ilk dəfə sürətli qatarla səfərlərə başlayacaq.

Bu barədə "APA-Economics"ə ADY-dən bildirilib.

Məlumata görə, qatarla hər gün iki dəfə Bakıdan Qazaxa səfər etmək imkanı olacaq. Hər gün saat 8:00 və 18:00-da Bakıdan Qazaxa gediləcək. Həmçinin qatar gün ərzində iki dəfə, səhər saat 8:00-da və 16:20-də Qazaxdan Bakıya yola düşəcək.

Marşrut üzrə dinamik qiymət siyasəti tətbiq olunacaq. Standart sinif yerlərə minimum gediş haqqı 16.20 AZN təşkil edəcək.

Qeyd edək ki, Bakı-Qazax-Bakı maşrrutu üzrə biletlər artıq satışdadır. Biletləri dəmiryol vağzallarının kassalarından, ADY Mobile tətbiqindən və ya ady.az saytından əldə etmək mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR