Bank Of Baku

“Statoil” şirkətinin vitse-prezidentləri Bakı Ali Neft Məktəbində tələbələrə mühazirə oxuyublar - FOTO

“Statoil” şirkətinin vitse-prezidentləri Bakı Ali Neft Məktəbində tələbələrə mühazirə oxuyublar - <span style="color: red;">FOTO
# 11 sentyabr 2013 08:47 (UTC +04:00)

Bakı - APA. “Neft Mühəndisləri Cəmiyyəti”nin (SPE) təşkilatçılığı ilə Norveçin “Statoil” şirkətinin Norveçdə Hasilatın İnkişafı, Strategiya və Biznesin İnkişafı məsələləri üzrə vitse-prezidenti Rannfrid Skyervold və Əməliyyat və İnkişaf üzrə vitse-prezidenti Kyetil Hove sentyabrın 10-da Bakı Ali Neft Məktəbində (BANM) olub, tələbələrə “Statoil şirkətində tətbiq edilən texnologiyalar” mövzusunda mühazirə oxuyublar.

 

BANM-dən APA-ya verilən məlumata görə, qonaqları qəbul edən Məktəbin rektoru Elmar Qasımov ali məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları və prespektivləri haqqında ətraflı məlumat verib.

 

Məruzəçilər 30 illik neft tarixi olan “Statoil” şirkətində neft yataqlarının işlənməsi, Norveç və Şimal dənizlərindəki karbohidrogen ehtiyatlarının mənimsənilməsində istifadə olunan texnologiyalar və s. məsələlər haqqında tələbələrə ətraflı məlumatlar verib, prosesləri və texnologiyaları izah edən slaydları nümayiş etdirib, eyni zamanda tələbələrin çoxsaylı suallarını cavablandırıblar.

 

Gələcəkdə də BANM-də bu cür təqdimatların keçirilməsi məqsədi ilə dünyanın digər aparıcı neft-qaz hasil edən şirkətlərin mütəxəssislərinin cəlb edilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR