Bank Of Baku

Ağdaşın iki kəndinə təbii qaz verilib - VİDEO

Ağdaşın iki kəndinə təbii qaz verilib - <span style="color: red;">VİDEO
# 13 sentyabr 2013 14:17 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov - APA. Ağdaş rayonunun Əmir Mahmud və Qarağansaat kəndlərinə təbii qaz verilib.

 

APA-nın məlumatına görə, bu münasibətlə sentyabrın 13-də keçirilən mərasimdə çıxış edənlər bildiriblər ki, 21 illik fasilədən sonra Əmir Mahmud və Qarağansaat kəndlərində 110 mənzilə fərdi tənzimləyici və sayğac quraşdırılıb, əhaliyə təbii qaz verilib. Bu kəndlərin qazlaşdırılması üçün 3 min metr uzunluğunda daşıyıcı və 6800 metr uzunluğunda paylayıcı qaz xətti çəkilib.

 

Hazırda Əmrarx və Güvəkənd kəndlərinin qazlaşdırılması üçün görülən işlər uğurla davam etdirilir. Mənzillərə sayğaclar quraşdırılır və yaxın vaxtlarda bu kəndlərdə 450 abonentə “mavi yanacağ”ın verilməsi nəzərdə tutulur. Hazırda Ağdaş şəhərinin 20 Yanvar, Ağamalı küçələrində, Ləki və Məşəd qəsəbələrində, Nehrəxəlil və Qaradağlı kəndlərində qaz xətlərində təmir-bərpa işləri görülür.

 

Qeyd edək ki, bu günədək Ağdaş şəhərində, Ləki qəsəbəsində və 37 kənddə 13 200 mənzil qazlaşdırılıb, rayon əhalisinin 70%-i təbii qazla təmin olunub. Sonda rəmzi məşəl alovlandırılıb və evlərdə qazın təzyiqi ilə tanışlıq olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR