ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, “Bulla-dəniz” yatağındakı 90 saylı quyuda qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması məqsədilə ARDNŞ-də yaradılmış komissiyanın planına uyğun olaraq aparılan işlər davam etdirilib.
Yanğınsöndürən gəmilər tərəfindən quyu ağzında qoruyucu su pərdəsi yaradıldıqdan sonra hər biri 6 nəfərdən ibarət 2 operativ qrup özülə qalxaraq, tam təhlükəsiz şəraitdə çalışıb. Görülmüş işlərin nəticəsində quyudakı qazma avadanlığının ümumilikdə 20%-ə yaxın hissəsi demontaj olunaraq, özüldən gəmilərə yüklənib və sahilə çıxarılıb.
Qəzanın aradan qaldırılması istiqamətində ARDNŞ və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən görülən tədbirlər nəzərdə tutulmuş iş planına uyğun olaraq davam etdirilir.