Bank Of Baku

ARDNŞ: Azərbaycanda neftçilərin əmək haqları artırılmayacaq

ARDNŞ: Azərbaycanda neftçilərin əmək haqları artırılmayacaq
# 17 sentyabr 2013 12:47 (UTC +04:00)

 “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

 

Onun sözlərinə görə, neftçilərin əmək haqları ölkədə fəaliyyət göstərən digər dövlət və qeyri-hökumət təşkilatlarından xeyli yüksəkdir: “Bu ilin iyul ayının 1-də ARDNŞ-da çalışan bütün işçilərin əmək haqları 10% artırıb. ARDNŞ-ın işçilərinə verdiyi əmək haqqı minimum əmək haqqından hər zaman yuxarı olub”.

 

S.Qasımov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev ölkə üzrə minimum aylıq əmək haqqının artırılması haqqında sərəncam verib: “Bu gün ARDNŞ-da minimum əmək haqqı 150 manat təşkil edir. Bu da ölkə üzrə minimum əmək haqqından yuxarı olduğuna görə bu haqda hələlik müzakirələr aparmırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR