Bakı. Vahab Rzayev - APA-Economics. Rumiyanın paytaxtı Buxarestdə “ASPEN” institutu tərəfindən “Yeni İpək Yolunun möhkəmləndirilməsi, üç dənizin: Xəzər, Qara və Adriatik dənizlərinin birləşdirilməsi” mövzusunda “Bucharest Forum-2013” konfransı keçirilir.
Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, sentyabrın 28-dək davam edəcək forumda ARDNŞ-ın Rumıniyadakı nümayəndəliyinin əməkdaşları da iştirak edirlər.
Forum çərçivəsində keçirilən konfransda TAP, TANAP və AGRİ layihələri, ARDNŞ-ın Rumıniya, Gürcüstan, Ukrayna, Yunanıstan, Türkiyə və İsveçrədə həyata keçirdiyi investisiya layihələri, Avropanın bir sıra ölkələrində aparılan potensial investisiya araşdırmaları barədə iştirakçılara məlumat verilib, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın fəal və həlledici mövqeyi xüsusi vurğulanıb.