Bank Of Baku

ARDNŞ indiyədək xarici ölkələrə 2,9 mlrd. dollar sərmayə yatırıb - VİDEO

ARDNŞ indiyədək xarici ölkələrə 2,9 mlrd. dollar sərmayə yatırıb - <span style="color: red;">VİDEO
# 17 sentyabr 2013 11:38 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

 

Onun sözlərinə görə, buraya ARDNŞ-ın Türkiyə, Ukrayna, Gürcüstan İsveçrə və digər ölkələrə qoyduğu sərmayələr daxildir: “Dövlət Neft Şirkətinin xaricdə həyata keçirdiyi layihələr tədricən maliyyələşdirir. Məsələn, Türkiyədə ARDNŞ-ın törəmə şirkəti olan “Star” layihəsinin dəyəri 5 mlrd. dollar təşkil edir. Bunun 41,5%-i ARDNŞ-ın payına düşür. Bu vəsait layihə üzərində iş başa çatdırılana qədər xərclənəcək”.

 

ARDNŞ-ın daxili sərmayə qoyuluşlarına münasibət bildirən S.Qasımov deyib ki, şirkətin ölkə daxilində həyata keçirdiyi investisiya layihələrinə hər il 1 mlrd. manatdan çox vəsait qoyulur: “Bura neft-qaz quyularının qazılması, platformalarının tikintisi, boru xətlərinin çəkilişi və digər layihələr daxildir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR